İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə süni qiymət artımına gedənlərə ağır cəzalar tətbiq olunur

531 24.05.2024 12:07 Dünya A A

Ötən gün Türkiyə parlamenti ölkənin ticarət qanunvericiliyinə dəyişiklikləri təsdiqləyib.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, dəyişikliklər həddindən artıq və əsassız qiymət artımına və malların saxlanması ilə süni qıtlıq yaradılmasına görə cərimələrin tətbiqini nəzərdə tutur.

Dəyişikliklərin əsaslandırılması sənədində qeyd olunur ki, qiymət sabitliyinə nail olmaq və inflyasiyanı azaltmaq üçün Türkiyədə əmtəə və xidmət istehsalçılarına və tədarükçülərinə qarşı yeni tənzimləyici və sanksiya tədbirlərinin qəbulu zərurətə çevrilib. Təkcə son bir ildə 60 faizdən çox inflyasiya fonunda bir çox mal və xidmətlərin qiymətləri on faizdən bir neçə dəfəyə qədər artıb. Bu, eyni zamanda maliyyə müstəvisində problemi kəskinləşdirir və sosial sabitliyin pozulmasını artırır.

Bundan sonra mal və xidmətlərin satış qiymətinin əsassız olaraq artırılması hər bir belə pozuntuya görə 3 min dollardan 30 min dollara qədər (100 mindən 1 milyon lirəyə qədər) cərimə ilə cəzalandırılacaq. Bu, istehsalçılara, təchizatçılara və pərakəndə satıcılara aiddir.

Onlar həmçinin süni şəkildə malları anbarlarda saxlayaraq çatışmazlıq yaratdıqlarına görə cəzalandırılacaqlar. Cərimələr 30 min dollardan 370 min dollara qədər olacaq. Son vaxtlar Türkiyədə bir sıra bazar iştirakçıları istehsalçılardan mağazalara qədər bütün zəncir üzrə qiymət dəyişikliyi dinamikası ilə bağlı qeyri-müəyyənlik səbəbindən daim artan inflyasiya nəzərə alınmaqla onların xərclərini ödəyə biləcək daha yüksək qiymətlər və daha çox mənfəət əldə etmək üçün malları qəsdən anbarlarda saxlayır və ya gözlənilmədən kifayət qədər miqdarda istehsal etmirlər. Bu davranış tədarük zəncirində daimi və idarəolunmaz qiymət artımı riski ilə qapalı dairə effekti yaradıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR