Türkiyədə Sneyder şoku
Ötən gecə yoxlama matçı çərçivəsində Fransa yığması ilə qarşılaşan Hollandiya millisi ciddi itki ilə üzləşib. Ans-in məlumatına görə, Hollandiya yığmasının aparıcı üzvü Uesli Sneyder zədələnib.
"Qalatasaray"da çıxış edən Sneyder "Amsterdam Arena"da oynanılan qarşılaşmanın 36-cı dəqiqəsində sıradan çıxıb. Buna görə də təcrübəli yarımmüdafiəçi oyunu davam etdirə bilməyib.
Matçın ilk hissəsində zədələnən və oyunu davam etdirə bilməyən yarımmüdafiəçinin durumunun ciddi olduğu bildirilir.
Rəsmi məlumata görə, Sneyder İngiltərə ilə oynanılacaq yoxlama matçında da komandasına kömək edə bilməyəcək. Uesli Sneyderin zədəsinin nə dərəcədə ciddi olduğu və onun hansı müddətə yaşıl meydanlardan kənar qalacağı yaxın günlərdə bəlli olacaq. Onun zədələnməsi "Qalatasaray" üçün ciddi itkidir.






