Türkiyə Böyük Millət Məclisi siyasi partiyaların seçki ittifaqına dair qanun layihəsi qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu layihə hakim Ədalət və İnkişaf Partiyası ilə müxalifətdə olan Millətçi Hərəkat Partiyası tərəfindən hazırlanmış 26 maddəlik sənəddir. Qanuna əsasən, eyni binada yaşayan seçicilər yaşayış yerinin saxlanılması və eyni seçki dairəsində qalmaları şərti ilə müxtəlif seçki məntəqələrində qeydiyyata düşə biləcəklər.






