Türkiyədə seçkinin ilkin nəticələri- AKP irəlidədir- Yenilənir, CANLI YAYIM
AKP İstanbulda qalib gəldiyini elan etdi, CHP isə bununla razılaşmır. Hakim partiyanın İstanbul nümayəndəsi Aziz Babuşçu bəyan edib ki, seçkidə Kadir Topbaş qalib gəlib. CHP sözçüsü Haluk Koç isə bütün böyük şəhərlərdə CHP-nin AKP-ni üstələdiyini bildirib.
***
00.22
Cümhiriyyət Xalq Partiyası (CHP) Ankrada bələdiyyə seçkilərinin qalibi olduğunu açıqlayıb. Partiyanın Ankaranın bələdiyyə sədrliyinə namizədi Mansur Yavaş bəyan edib ki, 50 faiz səslə qalib gələcəyini düşünür. Onun sözlərinə görə, kiçik qəsəbələrdən gələn məlumatlar bunu təsdiqləyir.
Rəsmi nəticələrdə isə Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədnin 45,18 faiz səslə lider olduğu bildirirlir.
Saat 23.50
Türkiyədə seçki sandıqlarının 31 faizi açılıb. Müstəqil hesab olunan NTV kanalının məlumatına görə, səslərin faizi belə bölünüb: AKP 47.9 faiz, CHP 28,3 faiz, MHP 14.1 faiz, BDP 4.8 faiz.
Lakin Habertürk TV-nin yaydığı nəticlər xeyli fərqliir: AKP 45.6 %, CHP 24%, MHP 18.5%.
****
Türkiyədə bütün dünyanın həyacanla gözlədiyi seçkilər başa çatıb və artıq ilkin nəticələr bəllidir. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 23.30 radələrində Türkiyə üzrə seçki sandıqlarının 26 faizi açılmışdı. İlkin nəticlərə görə hakimiyyətdəki AKP səslərin 48.4 faizini alaraq, birinci yerdədir. İkinci sırada gələn Cümhuriyyət Xalq Partiyası (CHP) 27.6 faiz səs toplayıb. Milliyyətçi Hərəkat Partiyasının səsləri 14 faiz civarında idi. Kürdlərin partiyası hesab olunan BDP ümumi səslərin 5.2 faizini toplamışdı. Bir daha xatırladaq ki, bu rəqəmlər seçki sandıqlarının 23 faizi açıldıqdan sonra Türkiyə televiziyaları vasitəsi ilə elan olunan nəticələrdir.
Böyük yarış ölkənin nəhəng şəhərində gedir. Bunlar arasında İstanbul, Ankara, İzmir və Adana xüsusi diqqətdədir. İstanbulda AKP-nin namizədi Halil Topbaş öndədir. Ankarada isə CHP-nin güclü namizədi Mansur Yavaş nəticələrə görə birincidir. Lakin M. Yavaş televiziyalar vasitəsi ilə çıxış edərək, saxtalaşdırma ehtimalından və bəzi iqtidaryönümlü televiziyaların təxribatından şikayətlənib. İzmirdə isə CHP-nin namizədi Aziz Kocaoğlu ciddi fərqlə (52 faiz)öndədir. Onun AKP-li rəqibi Binali Yıldırım 35 faizlik nəticədədir. Açılan sandıq faizi isə 20-dir. Adnada isə MHP-nin namizədi böyük fərqlə birincidir. Kürdlərin sıx yaşadığı Diyarbəkirdə isə BDP 60 faizlik gösrətici ilə irəlidədir.
Seçkilərin ilkin nəticələri elan olunan kimi Türkiyənin baş naziri T. Ərdoğan Üsküdardakı (İstanbul) evinin qarşısına xalq qarşısına çıxıb. Müsavat.com xəbər verir ki, o, seçkinin ilkin nəticələrindən məmnun görünüb. Hazırda T. Ərdoğanı evinin qarşısında böyuk kütlə toplaşıb. Türkiyənin NTV kanalı xəbər yaydı ki, T. Ərdoğan oradan hava limanına, oradan isə Ankaraya, partiyasının qəargahına gedəcək.
Bütün məlumatlara görə, AKP öz lideri T. Ərdoğanın verdiyi böyük savaş nəticəsində bu seçkidən qalib çıxacaq.
****
Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı artıq səsvermə bitib və səslərin sayılmasına başlanıb. Saat 17:00-dan etibarən səsvermə əməliyyatı sona çatıb. Hurriyyet.com.tr-nin xəbərinə görə, seçki qutuları açılaraq səs saymasına keçilib. Türkiyə seçicisi nəfəsini tutaraq nəticələri gözləməkdədir.
Ümumilikdə 194.495 sandıqdan 1.870-ü açılıb. Nəticədə yüzdə 2 ətrafında səs nisbəti müəyyən olunub. Seçkinin nəticələri ilə əlaqədar YSK-nın yayın qadağası (Türkiyənin Mərkəzi Seçki Komissiyası) hələ aradan qalxmayıb. YSK-nın açıqladığı yayın qadağası saat 21:00-da sona çatır. Bundan sonra mətbuatın seçki nəticələri barədə detallı məlumat yayacağı gözlənilir.
Musavat.com






