Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.
Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.
Qatarda ümumilikdə 206 sərnişin olub.
Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.
***
Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürətli qatarın üst keçidə çırpılması nəticəsində çoxlu sayda sərnişin yaralanıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.
Qəza nəticəsində iki vaqon aşıb.
Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






