İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə polislərin istintaqında "Böyük qardaş" müəmması

1510 10.09.2014 12:56 Region A A
Türkiyədə hakimiyyəti devirməyə planlanmış 17-25 dekabr əməliyyatlarından sonra Ankara polis idarəsində "Böyük qardaş" təhqiqatı başladılıb. 

Avropa.info-nun məlumatına görə, müxtəlif cinayətlər törətdiyi üçün həbsdə olan Bülənt Aramazın istintaqını aparan Ankara polisi Aramazın yaxın adamı olan Kadir İnana yaxın bir polis müəyyən edib.  

S.A. ad soyadlı bu şəxs bir müddət öncə baş verən polislərin kütləvi həbsində tutulub. S,A-nın  ifadəsində bəzi məqamlara aydınlıq gəlib. 

Məlum olub ki S.A. İnana kömək edib. S.A. dövlətə aid avtomobilin açarını İnana verərək oğurlamasına şərait yaradıb. Və beləliklə polis ratsiyası İnana ötürülmüş olub. 

S. A. ifadəsində N. A. adlı həkimin əməllərini ifşa edib. Və polis rəislərinin bu həkimdən gələn təlimatları həyata keçirdiyini bildirib. 

S. A. həmçinin qeyd edib ki, şöbəyə işçi götürməkdən tutmuş bütün məsələlər polislərə bu həkim tərəfindən əmr edilib. İfadə verən polis bu həkimin bütün təlimatlarının polis rəisləri tərəfindən həyata keçirildiyini deyib. 

Daha sonra isə həkimlə əlaqəsi olan 22 polisin adını verib. 

"Həkimdən təlimat alan polislər"in istintaqı Ankara polisi tərəfindən aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR