İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə PKK-ya məxsus böyük narkoplantasiya aşkarlanıb

593 04.09.2019 16:07 Son xəbər A A

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına daha bir sarsıdıcı zərbə vurub.

AZƏRTAC xəbər verir ki, Diyarbəkirdə keçirilən xüsusi əməliyyat nəticəsində Lice və Hazro rayonları ərazisində geniş sahəni əhatə edən narkoplantasiya aşkarlanıb. Bildirilir ki, plantasiyalarda ümumi sayı 6 milyon 56 min 586 ədəd olan narkotik tərkibli bitki məhv edilib.

Qeyd edək ki, narkotiklərin becərilməsi, istehsalı, pərakəndə satışı və tranzit daşınması, insan alveri və siqaret qaçaqmalçılığı PKK-nın əsas maliyyə qaynaqları hesab olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR