Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 dinc sakin ölüb, 2-si yaralanıb
Türkiyədə PKK terror qruplaşması mənsublarının açdığı atəş nəticəsində bir mülki vətəndaş ölüb, 2-si yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Van vilayətində terrorçular qumbaraatan və avtomat silahlardan hərbi maşını atəşə tutub. Hərbçilərə zərər dəyməsə də, ərazidən keçən 3 mülki vətəndaş yaralanıb.
Onlardan 1-i xəstəxanada dünyasını dəyişib. Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.






