İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ölkəni qarışdırmaq istəyən Almaniya və Fransa agentləri yaxalandı

2090 22.09.2015 12:53 Dünya A A
Avropaya üz tutaraq Türkiyənin Ədirnə vilayətinə doğru yola çıxan suriyalı qaçqınların arasına provakatorlar sızıb. 

Avropa.info xəbər verir ki, Almaniya vətəndaşı Nora Sofi və Fransa vətəndaşı Şarlot Lekail dünən polisə daş atarkən yaxalanıb. 

Polisin araşdırması zamanı qaçqınları də polisə daş atmağa təhrik edən provakatorların Gezi hadisələri zamanı da məhkum olunduğu üzə çıxıb. 

Əldə olunan məlumata görə Əsənlər avtovağzalından qaçqınlar üçün ayrılan avtobuslara minməyib TEM şosesində Ədirnəyə doğru yola çıxan 500 nəfərin içinə provakatorlar sızıb. 

Polis Ədirnəyə gedən qaçqınları polisə daş atmağa məcbur edən 5 nəfəri saxlayıb. Ədirnəyə gedən qaçqınları polis saxlayaraq onlar üçün ayrılan xüsusi yerlərdən gedəcəklərini bildirib.

Suriyalı qaçqınların bir qismi bununla razılaşsa da provokatorlar onları polisi daşa basmağa təhrik edib. 
Hadisələrin böyüməsini görən polis qaçqınları aktivləşdirən provokatorları dərhal həbs edib. 

Qaçqınları polisə daş atmağa təhrik edən 28 yaşlı alman Nora Sofi və 29 yaşlı fransız Şarlot Lekailin bundan əvvəl də Türkiyə polisi tərəfindən həbs olunduğu bildirilir. 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR