İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir VİDEO

416 31.07.2021 19:25 Son xəbər A A

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.

Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.

Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlər yanğınlarla mətinliklə mübarizə aparırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR