İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb

450 30.01.2016 15:04 Dünya A A
Bu gün Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb.
 
APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, mühacirləri daşıyan gəmi Yunanıstanın Midilli adasına keçmək istəyərkən qəzaya uğrayıb.
 
Gəmidəkilərdən 43-nü xilas etmək mümkün olsa da, 5-i azyaşlı olmaqla, 10 nəfər batıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
 
Bölgədə Sahil Təhlükəsizlik Qrupları tərəfindən axtarış tədbirlərinə başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR