İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə məhkəmə saxlanılan Almaniya vətəndaşını azadlığa buraxıb

810 07.09.2017 23:36 Dünya A A

Ötən həftə Antalyada saxlanılan Almaniya vətəndaşı məhkəmənin qərarı ilə həbsdən azad edilib. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, məhkəmə onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçib.

Almaniya XİN-i bundan əvvəl avqustun 31-də iki vətəndaşının Türkiyə ərazisində saxlanıldığı barədə məlumat yayıb. Saxlanılanlardan biri sonradan azadlığa buraxılmışdı.

Məlumata görə, saxlanılan Almaniya vətəndaşları Antalyaya istirahətə gələn Türkiyə əsilli ər-arvaddır. Onların FETÖ ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, son vaxtlar Almaniyanın bir neçə vətəndaşının Türkiyə ərazisində saxlanılması iki ölkə arasında gərginliyi daha artırıb. Almaniya kansleri Angela Merkel münasibətlərə və Türkiyənin Aİ-yə üzvlüyü ilə əlaqədar danışıqların yenidən nəzərdən keçirməyə çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR