İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə mədən çökdü - Ölənlər və yaralananlar var - FOTO

607 23.11.2023 11:36 Hadisə A A

Türkiyədə, Siirtin Şirvan rayonunun Maden kəndində mis mədənində naməlum səbəbdən çökmə baş verib.

BAKU.WS Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yüngül xəsarətlər alıb.

Siirt valisi Kemal Kızılkayanın sözlərinə görə, hadisə ötən gecə yerli vaxtla saat 01:25-də baş verib.

 

Əraziyə təcili tibbi yardım, AFAD nümayəndələri və xilasedicilər cəlb olunub:

“Hazırda dostlarımızın bizə verdiyi məlumata görə, mədən ərazisində digər zəruri ehtiyat tədbirləri görülüb və heç bir təhlükəli vəziyyət yoxdur. Təkrar keçmiş olsun”.

Mədəndə baş verən çökmə ilə bağlı Siirt Cümhuriyət Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsində Y.K., A.T. və D.A. saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR