İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə keçmiş polis rəisi və 9 zabit telefon dinlənilməsinə görə həbs olunub

622 17.05.2015 00:21 Region A A
Ankara məhkəməsi Diyarbəkir şəhər polis idarəsinin keçmiş rəisi Rəcəb Güvən və 9 polis zabiti barəsində həbs qətimkan tədbiri seçib.

APA-nın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, həbs olunan polis zabitləri siyasətçilər, prezident müşavirləri və jurnalistlərin telefon danışıqlarının dinlənilməsində ittiham olunurlar. Məlumata görə,  Rəcəb Güvən günahsız olduğunu bildirərək  ona qarşı irəli sürülən ittihamları rədd edib.
 
Bundan əvvəl analoji ittiham üzrə 17 nəfər həbs olunub.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR