İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə hərbi polis binasına hücum edildi: 1 ölü, 26 yaralı - Yenilənib

1064 02.05.2016 00:03 Dünya A A
Diyarbəkir əyalətinin Diclə rayonunda törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 26 nəfər yaralanıb.
 
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, aralarında mülkü vətəndaşların də olduğu yaralılar helikopter və təcili yardım maşınları ilə Diyarbakır Hərbi Hospitalına göndərilib..
 
Son məlumata əsasən, yaralılardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

***

Diyarbəkirdə hərbi polis bölməsinin önündə partlayış olub. 
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Partlayışdan sonra əraziyə çoxlu sayda təcilli tibbi yardım avtomobili toplanıb. Hələlik ölən və yaralılar haqqında dəqiq məlumat verilmir.
 
“Röyter”in məlumatına görə, ilkin ehtimalla partlayışda 10 nəfər yaralanıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR