İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Gürcüstanın uşaq ansamblını daşıyan avtobus qəza törədib: 38 yaralı

1109 16.07.2017 13:51 Hadisə A A

Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan "Lampberi" uşaq ansamblını daşıyan avtobus qəza törədib.

Trend-in "Apsny.ge"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 38 nəfər xəsarət alıb. Xəsarət alanlar şəhərin bir neçə xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib.

XXX

10:54

Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan tələbələri daşıyan turist avtobusu qəza törədib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 23 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib. Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR