Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin müxtəlif vilayətlərində paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən, aralarında təşkilatın “dini liderləri” və onların yaxınlarının da olduğu 66 nəfər saxlanılıb. Həmin şəxslərin evlərində aparılan axtarış zamanı 11 saxta şəxsiyyət vəsiqəsi, pul vəsaiti və rəqəmsal materiallar ələ keçirilib.
Bu istiqamətdə əməliyyatlar davam etdirilir.






