İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə fabrikdə baş verən partlayışda ölənlərin sayı 5 nəfərə, yaralıların sayı 16-ya çatıb- YENİLƏNİB

2512 08.11.2017 15:24 Son xəbər A A

 

Türkiyənin Bursa əyalətinin Gürsu rayonunda yerləşən toxuculuq fabrikində baş verən partlayışda ölənlərin sayı 5 nəfərə çatıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Bursa valisi İzzəttin Küçük bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.

İ.Küçük deyib ki, partlayış qaz sızması səbəbindən baş verib. Partlayış güclü olub və fabrikin damı uçub, ətrafdakı binalara ziyan dəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR