TÜRKİYƏDƏ DÖVLƏTİN ZİRVƏSİ PKK-nı MÜZAKİRƏ ETDİ
Ankaradakı “Cankaya igamətgahında” keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısında Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ, həmçinin güc nazirləri, qoşun növü komandanları və kəşfiyyat idarəsi başçısı iştirak ediblər. Toplantıda PKK ilə mübarizə sahəsində atılacaq addımlarla bağlı müzakirələr aparılıb. 3 saat davam edən toplantıdan sonra yayılan rəsmi açıqlamada bildirilir ki, terrora qarşı aparılan mübarizə dəyərləndirilib, son hadisələr fonunda PKK-ya qarşı qısa və uzunmüddətli planda görüləcək tədbirlər müzakirə olunub. Həmçinin digər əlaqəli ölkələrlə koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsinin zərurəti vurğulanıb. Dünən PKK hücumları ilə bağlı prezident Gülün müxalifət liderlərini də qəbul edəcəyi gözlənilirdi.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ isə jurnalistlərə açıqlamasında 12 əsgərin həlak olması ilə nəticələnən terror hücumunda kəşfiyyat məlumatlarının yetərsizliyinin rol oynadığı haqda tənqidləri əsassız adlandırıb. O deyib ki, İraqın şimalında pilotsuz kəşfiyyat təyyarələri uçuşlar həyata keçirir, ABŞ-la da kəşfiyyat mübadiləsi davam edir.