İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dahi Azərbaycan şairi Füzulinin 530 illiyi qeyd olunacaq

817 09.07.2024 11:37 Mədəniyyət A A

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Konya bölgəsi üzrə Mədəniyyət və Turizm müdiri Mehmet Yündenlə görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Böyük bir tarixə malik, mədəniyyətin beşiyi olan Konya şəhəri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlıq, “Qardaşlaşmış şəhərlər”ə dair müqavilənin imzalanması, Konyada Azərbaycan mədəniyyətinə dair tanıtım layihələrinin reallaşdırılması, cari ilin payız aylarında “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirlərinin təşkili, Konyada Selcuq Universitetində Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibəti ilə Beynəlxalq Konfransın təşkili, miniatür müsabiqəsi və sərgisinin keçirilməsi və başqa birgə layihələr müzakirə edilmiş, bu istiqamətdə işlərin aparılması razılaşdırılıb.

Bundan başqa, Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Konyada Mevlana Müzeyinin müdürü dr. Naci Bakırcı ilə görüşüb.

Görüşdə Konyada Mevlana Müzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, Muzeyin əlyazmalara dair kitabxanasında saxlanılan Azərbaycana dair qiymətli əlyazamalara dair müzakirələr aparılıb, gələcəkdə muzeydə saxlanılan unikal əlyazmalara dair araşdırmaların aparılması, onların kataloqunun hazırlanması razılaşdırılıb.

Tərəflər cari ilin payız aylarında Konyada keçiriləcək “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirləri çərçivəsində sözügedən qədim və nadir əlyazmaların muzeydə sərgisinin açılmasına dair razılıq əldə ediblər.

Daha sonra Mevlana Müzey Kompleksinə baxış keçirilib, Müzeyinin müdürü Dr. Naci Bakırcı Samir Abbasova muzey kompleksində aparılmış restavrasiya işi haqqında məlumat verib, Türkiyənin qabaqcıl restavrasiya sahəsində təcrübəsinin Azərbaycanla bölüşülməsi və bu sahədə əməkdaşlıq müzakirə olunub. Dr. Naci Bakırcı ildə 4 milyondan artıq turistin Mövlana Muzey Kompleksini ziyarət etdiyini vurğulayaraq, muzeydəki görülən işlər, guşələri təqdim edib.

Ziyarət zamanı Mövlana muzeyinin qədim və nadir nüsxəsi sayılan və daimi sərgidə nümayiş etdirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Osmanlı dövrünə aid və xüsusi işləmələrlə hazırlanmış “Hədiqətüs-süəda” əsərinə baxış keçirilib.

Görüşdə gələcək birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR