İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə daha bir partlayış törədilib - 2 ölü, 16 yaralı (Yenilənib) - VİDEO

2622 24.11.2016 10:45 Hadisə A A

Adana Valiliyinin binasında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Adana valisi bildirib. İnzibati binanın avtomobil dayanacağında partlayış törədilib. Xeyli sayda maşın yanıb, yaxınlıqdakı evlərə ziyan dəyib.

Son informasiyaya görə, partlayışı terrorçu-intiharçı qadın törədib.
 
***
09:35

Türkiyənin Adana vilayətində partlayış baş verib.
 
APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb. İlkin ehtimala görə, partlayış valiliyin avtomobil dayanacağında olub. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.
 
Hadisənin terror aktı olduğu ehtimalı var. İlkin məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR