Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 117 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə bu gün yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir deyib ki, son 24 saatda 37 535 şübhəli koronavirus testindən keçib, onlardan 3083-nün cavabı pozitiv çıxıb. F.Qoca Türkiyədə indiyə qədər 750 944 nəfərin testdən keçdiyini deyib.






