Türkiyədə bu telekanalların fəaliyyəti dayandırıldı – SİYAHI
Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) bu gün özünün fövqəladə toplantısını keçirib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda FETÖ ( Fətullahçı Terror Örgütü ) ilə əlaqəsi olan, ona dəstək verən bütün media orqanlarının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib.
Yayım haqqı və lisenziyaları ləğv edilən televiziya və radioların siyahısı aşağıdakı kimidir:
STV
Samanyolu Xəbər Radio
Samanyolu Xəbər
Can Ərzincan TV
Kanal Türk
Kanal 124
Hira TV
MC TV
Dünya TV
Yumurcak TV
Bu gün TV
Mehtab TV
Berfin FM
Kanal Türk Radio
Burç FM
Radio Mehtab
Xəbər Radio Ege
Samanyolu Xəbər Radio Anadolu
Dünya Radio
Radio Kürə
Merkuri TV
Tuna Şopinq TV
Esra Radio.
Aygün SƏFƏRLİ
Musavat.com






