İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Beynəlxalq Qarabağ Forumuna hazırlıq müzakirə olundu - fotolar

756 31.07.2018 15:19 Son xəbər A A

QAT sədri, Beynəlxalq Qarabağ Forumunun Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı Beynəlxalq Qarabağ Forumunun bu il avqustun sonlarında Bakıda keçiriləcək 5-ci toplantısına hazırlıq çərçivəsində Türkiyədə olub.

Musavat.com-un məlumatına görə, İzmit şəhərində Beynəlxalq Qarabağ Forumunun Türkiyə təmsilçiliyinin üzvləri, Türkiyə-Azərbaycan Dərnəkləri Federasyonunun başqanı Bilal Dündar, Qarabağ Azadlıq Təşkilatının Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dal ilə görüşüb. Müzakirələr zamanı forumun bu il avqustun 29-30-da Bakıda keçirilməsi, təmsilçilik, müzakirə olunacaq mövzular və digər məsələlərlə bağlı qərarlar qəbul olunub.

Akif Nağı görüşlə bağlı bunları bildirib: “Heç bir halda dayana bilmərik. Düşmən dayanmadan çalışır. Biz də yorulmadan çalışmalı, istədiyimiz nəticələrə nail olmalıyıq. Bütün dünya boyunca Qarabağsevərləri bir araya gətirməli, birgə hərəkət etməliyik. Hazırda Beynəlxalq Qarabağ Forumunda Türkiyə, İran, Gürcüstan, Rusiya, Azərbaycandan QHT-lər birləşir. Bu işlərimizin keyfiyyətini daha da artırmalıyıq”.

“Biz illərdir Azərbaycan və Qarabağ üçün çalışırıq. Bundan sonra da işlərimizi daha ciddi şəkildə davam etdirəcəyik”. Bunu Bilal Dündar söyləyib. Cəfər Dal isə qeyd edib: “Heç kəs üçün sirr deyil ki, Qarabağ məsələsi savaşla həll olunacaq. Biz çalışırıq ki, Türkiyə dövləti və cəmiyyəti bu savaşda Azərbaycanın yanında olsun”.

Forum üzvləri daha sonra Moskvada fəaliyyət göstərən “Misra” studiyasından tanınmış jurnalist, siyasi icmalçı Fuad Abbasovla birlikdə canlı yayımda olublar, bir çox məsələlərə aydınlıq gətiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR