Türkiyədə baş verən hərbi çevrilişdə həyatını itirən şəxslərin olduğu bildirilir.
Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, qiyamçılar küçələrə axışan vətəndaşların üzərinə atəş açıb. Nəticədə, məşhur reklamçı Erol Olçak və 16 yaşlı oğlu həyatını itirib.
Qeyd edək ki, baş verən hadisələrdə 17 polisin şəhid olduğu, bəzi insanların isə yaralandığı bildirilir.
Aygün SƏFƏRLİ
Musavat.com