İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Azərbaycana dəstək məqsədilə keçirilən aksiyalar davam edir - FOTO

376 23.07.2020 18:14 Son xəbər A A

Türkiyənin paytaxtı Ankara şəhərində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə aksiya keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Ankarada Keçiörən Bələdiyyəsində “Azərbaycan Türk ordusunun üzvüyük” şüarı ilə keçirilən aksiyada bələdiyyə sədri Turğut Altınok çıxış edib.

O, Ermənistanın hücumlarını qınadıqlarını bildirib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbəri Şamil Ayrım Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların loyal mövqeyini tənqid edib.

23 iyul tarixinin Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci il dönümü olduğunu xatırladan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib ki, Türkiyənin münaqişə ilə bağlı mövqeyi dəyişməz və prinsipialdır.

Aksiyaya Keçiörən Bələdiyyəsinin üzvləri, Ankarada yaşayan azərbaycanlılar, şəhər sakinləri qatılıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR