İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyədə “altı adam öz aralarında seçim edə bilmir, ölkəni necə idarə edəcəklər” rəyi güclənir" - politoloq

918 02.03.2023 23:48 Siyasət A A


"“Altılı masa” Ərdoğanın qarşısına çıxaracaqları vahid namizədi müəyyən etmək üçün toplandıqları 12-ci görüşdə də konkret nəticə əldə edə bilmədi".

Musavat.com xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. O qeyd edib ki, Türkiyə müxalifətinin yazılı açıqlamasında “namizədin” müəyyən edildiyi və martın 6-da açıqlanacağı qeyd olunur: "Hərçənd, masada fikir ayrılığının olduğu haqda da məlumatlar var, xüsusilə namizəd olmaq istəyən Kılıçdaroğluna qarşı Akşener dirəniş göstərir. CHP-lilərin açıqlamaları müəyyən edilən, lakin hələ də gizli saxlanılan “vahid namizədin” Kılıçdaroğlu olduğu yönündədir, İYİ partiya mənsubları isə görüşdən sonra “millət 5-dən böyükdür” sözləri ilə razılaşmadıqlarının mesajını verirlər. Merel Akşenerin Fox Tv-yə son müsahibəsi də göstərdi ki, CHP və İYİ partiya arasındakı gərginlik seçki öncəsi müxalifətin ittifaqına təsir edəcək. Hətta ayrılığın olacağı gözləntiləri də var.

Bu mənzərə ən çox Ərdoğanın xeyrinədir. Türkiyə seçicisində isə “altı adam öz aralarında seçim edə bilmir, ölkəni necə idarə edəcəklər” rəyi güclənir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR