İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 40 min nəfərin FETÖ üzvü olması haqda yalan məlumat yayılıb

735 11.10.2016 10:40 Region A A
"40 min nəfərin Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olması haqda xəbər verilib".

"Report" Haberturk-ə istinadən xəbər verir ki, bu haqda Ankara Təhlükəsizlik İdarəsi Terrora qarşı Mübarizə İdarəsi məlumat yayıb.

İnformasiyaya görə, dövlət çevirilişinə cəhd edilən gündən - iyulun 15-dən indiyədək 40 min nəfərin FETÖ-yə üzv olması haqda təhlükəsizlik qurumlarına məlumat verilib.

Həmin məlumatların kin və nifrət hissindən qaynaqlandığı müəyyən edilib. İnformasiyada bildirilib ki, belə xəbərlər araşdırıldıqdan sonra onların çoxunun əsassız, yalan olduğu aşkarlanıb.

"Onların arasında oğlu haqda yalan məlumat verən ata, ərindən xəbər deyən həyat yoldaşı, qonşusundan yalan məlumat çatdıran vətəndaşlarımız da var. Belələri barədə cinayət işi açırıq", - deyə Təhlükəsizlik İdarəsindən bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR