İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 200-dən çox hotel BAĞLANDI

1356 01.02.2025 03:05 Region A A

Türkiyədə faciədən sonra 200-dən çox hotel bağlanıb.

Musavat.com DHA agentliyinə istinadən xəbər verir ki, tənzimləyici orqanlar yanğın təhlükəsizliyi standartları və lazımi lisenziyaların olması ilə bağlı yoxlamalar zamanı Türkiyədə 210-dan çox hoteli möhürləyib.

Məlumata görə, Bursa vilayətində, məşhur Uludağ xizək kurortunun yerləşdiyi ərazidə 161 hotel və villa fəaliyyətini dayandırıb.

Bu obyektlərdə biznes lisenziyalarının olmaması və təhlükəsizlik tələblərinə cavab verməyən avadanlıqların aşkar edilməsi kimi ciddi pozuntular qeydə alınıb.

Bundan əvvəl Antalya rəhbərliyi Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Türkiyə daxilində aparılan yoxlamalar çərçivəsində 50 hoteli möhürləyib.

Türkiyədə hotellərin yoxlanılması Mədəniyyət və Turizm Nazirliyinin yerli hakimiyyət orqanlarına bütün turizm obyektlərinin norma və tələblərə uyğunluğunu nəzarətdə saxlamağı tapşıran sərəncamı əsasında həyata keçirilir. Yoxlamalar ölkə daxilində davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR