İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN-i vətəndaşları Sinay yarımadasına səfərdən çəkinməyə çağırdı

501 21.11.2015 23:13 Dünya A A

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Sinay yarımadasına səfərlərdən çəkinməyi məsləhət görüb. Musavat.com-un məlumatına görə, XİN vətəndaşları həmçinin, “Sinay yarımadasında olmağın bütün risklərini hərtərəfli qiymətləndirməyə” çağırıb.

Milli aviadaşıyıcı olan “Turkish Airlines” hazırda İstanbuldan Şarm əl-Şeyxə hava uçuşları həyata keçirmir, yalnız Qahirə və Xurqaduya reylər təşkil edir. İstanbul-Şarm əl-Şeyx marşrutu üzrə başqa bir türk aviaşirkəti – “Pegasus” uçuşları davam etdirir.

Oktyabrın 31-də Şarm əl-Şeyxdən Peterburqa uçan Rusiya sərnişin təyyarəsində baş vermiş terror aktı nəticəsində 224 nəfər həlak olmuşdu. Bundan sonra Rusiya Misirə hava uçuşlarını dayandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR