İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN: 'Fələstin xalqına qarşı olan bu münasibəti pisləməyə davam edəcəyik'

540 22.08.2016 16:50 Gündəm A A

Türkiyənin xarici işlər nazirliyi İsrailin Qəzzaya qarşı hücumu ilə bağlı açıqlama yayıb.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, xarici işlər nazirliyi yayımladığı bəyanatda İsrailin Qəzzaya hücumunu qınayıb: “Qəzzada çox sayda mövqelərə hücum təşkil olunub. Həmin çoxsaylı hücumları şiddətlə qınayırıq. Fələstinli məsum sivillərin yaralanmasına səbəb olan bu hücumlar hər nə olursa olsun yolverilməzdir. Ölkəmizin İsraillə münasibətlərinin normallaşması, Fələstin xalqını hədəf alan bu cür hücumların qarşısında səssiz qalacağı demək deyil. Əksinə, Fələstin xalqına qarşı olan bu münasibəti pisləməyə davam edəcəyik”.
 
Aygün
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR