İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN: "Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil"

912 29.06.2018 15:45 Son xəbər A A

Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu, ilk növbədə İrana qarşı sanksiyalara aiddir.

Nazirin sözlərinə görə, Türkiyə ilə İran arasında bəzi fikir ayrılıqları olsa da, bu o demək deyil ki, Ankara İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmalıdır:

“ABŞ-ın İrana sanksiya tətbiq etmə qərarı bütün regiona, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanına mənfi təsir göstərəcək”.

O həmçinin əlavə edib ki, İran Türkiyənin iqtisadi və strateji tərəfdaşıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR