İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN başçısı: Rusiya və Ukrayna masa arxasında oturmaq nöqtəsində deyillər

381 09.03.2024 11:52 Ölkə A A

Rusiya və Ukrayna hazırda bir masa arxasında oturmaq nöqtəsində deyillər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan türkiyəli jurnalistlərlə görüşündə deyib.

Nazir bununla yanaşı, atəşkəsin vacib olduğunu diqqətə çatdırıb: “Artıq dialoqa, savaşın dayanmasına ehtiyac var. Çünki Avropanın ortasında davam edən müharibə bütün region üçün risklidir”.

Nazir söyləyib ki, döyüşlər Qara dənizin təhlükəsizliyi başda olmaqla, bir çox regional məsələlər üçün təhdiddir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR