İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN ABŞ-ın S-400-ün tədarükü ilə bağlı tələb irəli sürdüyünə dair xəbərləri təkzib edib

493 23.05.2019 12:24 Gündəm A A

Türkiyə Xarici İşlər Nazirliyi rəsmi Vaşinqtonun Türkiyədən iyunun ilk həftəsinin sonuna kimi S-400-ün tədarükünü ləğv etməsini tələb etdiyinə dair xəbərləri təkzib edib.

ONA-nın “A Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da səfərdə olan nazir müavini Yavuz Selim Kıran açıqlama verib.

“Rəsmi səviyyədə bizə belə bir müraciət daxil olmayıb. Martda ABŞ “Patriot” zenit-raket kompleksinin tədarükü ilə bağlı əvvəlki təkliflərini yeniləmişdi. Hesab edirik ki, söhbət bu təklifdən gedir”.

Qeyd edək ki, CNBC kanalı ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən yazıb ki, ABŞ Türkiyəyə S-400 sisteminin təxirə salınması üçün iyunun sonuna kimi vaxt verib, əks halda Türkiyəni mənfi nəticələr gözləyə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR