İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə vətəndaşları üçün Rusiyaya viza haqqı 60 avro olacaq

941 04.12.2015 18:04 Dünya A A
Türkiyə vətəndaşları üçün Rusiyaya viza haqqı 60 avrodan ucuz olmayacaq. 

Musavat.com-un məlumatına görə, bu barədə “Russkaya slujba novostey” rəsmi mənbəyə istinadən xəbər yayıb. 

“Fikrimizcə, bu 60 avrodan aşağı məbləğ olmayacaq”, - deyə mənbə qeyd edib. Onun sözlərinə görə, kommersiya viza mərkəzlərində qiymət 30-35 avro yuxarı ola bilər. 

O da bildirilir ki, viza ilə bağlı Türkiyənin Rusiya vətəndaşları üçün cavab tədbirləri hələlik tətbiq olunmur. 

Lakin son məlumatlara görə, Ankaranın da analoji addıma gedəcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR