İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə vətəndaşı 1 yaşlı qızının paltarına qum və daş doldurub... - Sumqayıtdakı qətlin TƏFƏRRÜATI  FOTO

1502 01.04.2024 11:38 Kriminal A A

Ötən gün Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin meyiti aşkarlanıb. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Lent.az hadisənin bəzi təfərrüatlarını əldə edib.

Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Atası körpəni dənizdə boğmaq məqsədi ilə uşağın paltarlarına qum və daş doldurub və suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR