İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Rusiya müdafiə nazirlərinin görüşündən sonra ruslar Afrindən çıxır

1494 22.11.2017 13:08 Son xəbər A A

Rusiya 2017-ci ilin sonundan etibarən hərbi polis qüvvələrini Suriyadan çıxaracağını açıqlayıb.

Avropa.info xəbər verir ki, bu haqda Rusiya parlamentinin təhlükəsizlik və müdafiə komissiyası rəhbəri Franz Klintsevic məlumat verib.

Qeyd edək ki, Rusiyanın Suriyada 6 təhlükəsizlik nöqtəsi var və hərbi polis məhz bu nöqtələrdə yerləşir. Rusiya bu qərara riayət edərsə Türkiyə ilə sərhəddə yerləşən və terror təşkilatı PKK/PYD-nin işğal etdiyi Afrində olan bu 6 təhlükəsizlik nöqtəsindən çıxacaq.

Açıqlamanın Türkiyə və Rusiya müdafiə nazirlərinin görüşündən sonra edilməsi diqqət çəkib. Ekspertlərin fikirincə, bu addımla Moskva Türkiyənin PKK/PYD terrorçularına qarşı hərbi əməliyyatına dəstəyini nümayiş etdirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR