İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə və Azərbaycan ayrılmaz qardaş kimi çiyin-çiyinə dayanaraq ..." - deputatın təsirli yazısı

1457 06.02.2023 19:28 Yazarlar A A

Güney Azərbaycanda yaşayan soydaşlarımızın zəlzələ faciəsinin təsirindən ayılmamış qardaş Türkiyədən daha acı xəbər aldıq.

Ötən gecə Türkiyənin bir neçə şəhərində baş vermiş zəlzələdə həlak olanların sayı durmadan artır. Bu ağır günlərdə Azərbaycan xalqı həlak olanlara öz əzizləri kimi acıyır və həmin dəhşətli hadisəni ürək ağrısı ilə qeyd edir. Qardaş ölkəyə ilk dəstək də Azərbaycandan gəldi.

Prezident İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Böyük Atatürkün yüz il öncə dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” mesajını bu gün dövlətimiz və xalqımız eyni şəkildə Türkiyəyə qarşı yaşayır.

Qardaş uğuruna birgə sevindiyimiz kimi, kədərinə də birgə acıyırıq. Bu gün dağılmış evlərin altında Türkiyə və Azərbaycanın ayrılmaz qardaş kimi çiyin-çiyinə dayanaraq dağıntılar altında çarəsiz qalmış insanları xilas etməsinin şahidi oluruq.

Tarixə nəzər saldıqda məlum olur ki, Türkiyə xalqı indiyədək çox çətin sınaqlardan keçib. Bu ağır günləri də adlayacağı şübhəsizdir. Bütün təhdidlər kimi baş verən zəlzələ də qüdrətli Türkiyə dövlətini, bütöv və böyük türk xalqını sarsıda bilməz. Qardaş və müttəfiqlikdən başqa Türkiyə, həm də bizim üçün ikinci Vətəndir! Başın sağ olsun, Vətən. Canımızla, qanımızla, son nəfəsimizədək yanındayıq!

Rəşad Mahmudov
Tibb elmləri doktoru,
Millət vəkili

WhatsApp Image 2023-02-06 at 19.45.23.jpeg (49 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR