İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Vaşinqtonun S-400-lərin Kiyevə verilməsi təklifinə cavab verib

3073 21.03.2022 02:56 Dünya A A

“Türkiyə hökuməti ABŞ-ın Ankaraya qarşı sanksiyaların ləğvi müqabilində S-400 zenit-raket komplekslərinin Ukraynaya verilməsi təklifini qəbul etməyəcək”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Vətən Partiyasının baş katibi Doğu Perinçək deyib.

“ABŞ-ın Türkiyəyə nəyisə göstəriş vermək səlahiyyəti yoxdur. Türkiyə hökuməti heç bir halda Rusiyanın S-400-lərini Ukraynaya təhvil vermək kimi sifarişi qəbul etməyəcək. Türkiyə hökumətinin belə göstərişləri eşitməyə belə razı olması mümkün deyil”, - deyə Perinçək bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar barədə xəbərlər ABŞ-ın “tipik kəşfiyyat təbliğatı”dır.

“Biz bunu dəfələrlə yaşamışıq. Türkiyəni belə təzyiqlərlə sındırmaq olmaz”, - deyə Vətən partiyasının baş katibi vurğulayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR