Türkiyə ordusu İraqın şimalında daha 4 PKK terrorçusunu zərərsizləşdirib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, terrorçular “Pəncə-Kilid” əməliyyat bölgəsinə hücum edərkən məhv edilib.
Qeyd edək ki, ötən gün “Pəncə-Kilid” əməliyyat bölgəsində çavuş İbrahim Han şəhid olub. Bu baxımdan demək olar ki, Türkiyə şəhidinin qısasını alıb, qanını yerdə qoymadı.






