İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə tarixində ən böyük antik əşya əməliyyatı – On minlərlə tarixi əsər ələ keçirildi (Foto)

1328 21.12.2017 15:29 Son xəbər A A

 

 

İstanbul polisi tarixi əsər sayılan 26 min 456 ədəd antik əşyanı ələ keçirib.

Avropa.info xəbər verir ki, antik əşya qaçaqmalçılığı ilə bağlı Türkiyə tarixində keçirilən ən böyük əməliyyatda 13 qaçaqmalçı yaxalanıb. İstanbul Polis İdarəsinin qaçaqmalçılıq cinayətləri ilə mübarizə şöbəsinin nümayəndələri 3 ay apardıqları izləmədən sonra əməliyyatı uğurla başa vurublar.

5 vilayətdə keçirilən əməliyyatda Bizans, Roma və Orta əsrlər dövrünə məxsus 26 min 456 ədəd sikkə, antik heykəl, qədəhlər, daşdan yonma sənət əsərləri aşkarlanıb.

Antik əşyaları xaricə qaçırmağa çalışan qaçaqmalçılıq şəbəkəsini çökdürən polis eyni əməliyyat çərçivəsində 13 qaçaqmalçını həbs edib.

Ələ keçirilən tarixi əşyalar İstanbul arxeologiya Muzeyinə təqdim olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR