İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Suriya ərazisində müşahidə nöqtələri qurmaq niyyətindədir

710 18.10.2019 21:18 Gündəm A A

Türkiyə Suriyanın şimal-şərqindəki təhlükəsizlik bölgəsində 12 yeni müşahidə nöqtəsi qurmağı nəzərdə tutur.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bu barədə İstanbulda xarici media nümayəndələrilə görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Suriya hökuməti ölkənin şimalında səhv edərsə, Türkiyə cavab verəcək”, - Türkiyə prezidenti deyib.

YPG tərəfindən sərbəst buraxılan 750-dək İŞİD yaraqlısını yaxaladıqlarını qeyd edən Türkiyə lideri Suriyada atəşkəsə dair ABŞ ilə əldə etdikləri razılaşmanı “terrora qarşı qələbə” olaraq səciyyələndirib.

Bundan sonra YPG-nin bölgədən çəkilməsinə ABŞ tərəfinin məsuliyyət daşıdığını qeyd edən Türkiyə prezidenti Fərat çayının qərbində sülhü Rusiyanın rəhbərliyi ilə təmin etməyə tərəfdar olduqlarını, Suriya hökumətinin də terrorçu dəstələrə qarşı mübarizə aparacağını dilə gətirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR