Türkiyə Superliqasının püşkü atıldı: derbi tariхləri (VİDEO)
Türkiyə Super Liqasında 2015/16 mövsümünün püşkü atılıb. ANS PRESS-in məlumatına görə, TFF-nin Rivadakı binasında baş tutan mərasimdə qurumun və klubların rəsmiləri qatılıb.
Super Liqada yeni mövsüm avqustun 14-də start götürəcək. Dekabrın 27-də ilk dövrə başa çatacaq. 2016-cı ilin 16 yanvarında ikinci dövrə başlayacaq. Mövsüm isə mayın 22-də yekunlaşacaq.
Çempion "Qalatasaray" ilk turda "Sivasspor"un, "Beşiktaş" "Mersin İdman Yurdu"un qonağı olacaq. "Fənərbaхça" "Eskişəhərspor"u, "Trabzonspor" "Bursaspor"u qəbul edəcək.
I tur
Fənərbaхça - Eskişəhərspor
Başakşəhər - Antalyaspor
Qaziantepspor - Kasımpaşa
Gənclərbirliyi - Çaykur Rizəspor
Trabzonspor - Bursaspor
Mersin İdman Yurdu - Beşiktaş
Torku Konyaspor - Akhisar Bələdiyəsspor
Osmanlıspor - Kayserispor
Sivasspor - Qalatsaray
Mövsümün ilk derbisi II turda "Beşiktaş"la "Trabzonspor" arasında baş tutacaq. "Fənərbaхça" - "Qalatasaray" matçı isə IX tura təsadüf edəcək.
Derbilər
II tur: Beşiktaş-Trabzonspor
V tur: Trabzonspor - Qalatasaray
VI tur: Beşiktaş - Fənərbaхça
IX tur: Fənərbaхça - Qalatasaray
XIII tur: Fənərbaхça - Trabzonspor
XV tur: Beşiktaş - Qalatasaray






