İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

1032 05.09.2022 08:25 İdman A A


Türkiyə Super Liqasında baş tutan "Ankaragücü" - "Beşiktaş" oyununda qalmaqal yaşanıb.

Musavat.com APA-ya istinadən bildirir ki, Ankaragücü tribunalarından meydana daxil olan azarkeş "Beşiktaş"ın futbolçusu Cenk Tosunu təpiklə vurub.

Zərbədən sonra hücum edən şəxsə Josef de Souza müdaxilə edib.

İki komandanın azarkeşləri arasında illərdir davam edən gərginlik səbəbindən beşiktaşlı azarkeşlər səfər matçına aparılmayıb.

Matç boyunca "Beşiktaş" futbolçularının üzərinə yad cisimlər atılıb.

Oyundan sonra baş hakim Mete Kalkavan meydançaya daxil olan azarkeşə müdaxilə etdiyi üçün Josef de Souzaya qırmızı vərəqə göstərib.

Matç 3:2 hesabı ilə "Beşiktaş komandasının xeyrinə başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR