İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqda 4 hərbçinin yaralandığını təsdiqləyib

724 17.12.2015 07:42 Son xəbər A A
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqın Mosul şəhəri yaxınlığındakı hərbi düşərgənin İŞİD tərəfindən raket atəşinə məruz qalmasını və 4 türk hərbçisinin yaralandığın təsdiqləyib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Baş Qərargahın məlumatında bildirilir.
 
Məlumata əsasən, dekabrın 16-ı, yerli vaxtla saat 15:10-da kürdlərin “peşmərgə” qüvvələri və İŞİD terror təşkilatı arasında baş verən atışma zamanı türk hərbçilərinin yerləşdirildiyi təlim düşərgəsi raket atəşinə tutulub. Hadisə nəticəsində yaralanan Türkiyə Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu Şırnak şəhərinin xəstəxanasına çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR