Tədbirdə səfir Hulisi Kılıç, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, Bakıdakı təhsil ocaqlarının tələbələri və müdia nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç müsabiqənin əhəmiyyətindən danışaraq qaliblərini təbrik etdi.
Daha sonar tədbirin mükafatlandırma mərasiminə keçildi. Öncə müstəqilliyimizin 20-ci ildünümü ilə bağlı yazı müsabiqəsində yer tutan jurnalistlər mükafatlandırıldı. Sonra isə dama və şahmat oyunlarının qalibləri öz mükafatlarını aldılar. Qaliblərə mükafatlarını səfir Hulisi Kılıç təqdim etdi.






Fərahim İLQAROĞLU
Fotolar müəllifindir






