İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Rusiya yaxınlaşması böyük sülhü də yaxınlaşdıra bilər – gözlənti

1196 28.08.2018 08:40 KİVDF layihələri A A

Qarabağ konfliktinin dinc həllində irəliləyişə nail olmayan Minsk Qrupunun ən azından, “təzədən format”a ehtiyacı var; münaqişə zonasında müharibə riski artır; Paşinyan dördüncü dəfə işğal altındakı Qarabağa getdi - səbəb...

Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağa dair sülh danışıqları bir az da qeyri-müəyyən duruma girib. Problemin həllinə məsul olan ATƏT-in Minsk Qrupu isə həmişəki kimi, passiv mövqedədir və xeyli müddətdir ki, heç bir pozitiv təşəbbüslə çıxış eləmir. Yəni sülh prosesi bir növ, öz axarına buraxıb. Bu isə müharibə riskinin artması deməkdir.

Artiq əcnəbi analitiklər də münaqişə zonasındakı durumdan ciddi narahatlıq ifadə edən şərhlər verməkdədirlər. Məsələn, fransalı siyasi ekspert, Parisdəki Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə mütəxəssis Emmanüel Düpüy hesab edir ki, Qarabağ münaqişəsinin həllində istifadə edilən vasitələr köhnəlib və artıq beynəlxalq münasibətlərin bugünkü aktual durumuna cavab vermir (Report).

Münaqişənin 30 ildir həllini tapmamasına təəssüf edən ekspert deyib: “Bunun səbəblərini araşdırarkən yalnız Azərbaycan və Ermənistan münasibətləri faktorunu əsas götürmək lazım deyil. 1988-ci ildən bu yana Qarabağ münaqişəsinin nizamlanmasında öz sözünü demək istəyən periferik ölkələrlə münasibətlər ətraflı təhlil olunmalıdır. Bu problem "donmuş münaqişələr kateqoriyasına aiddir və ən başlıca problem də onun həllində istifadə edilən vasitələrin 30 ildən sonra beynəlxalq münasibətlərin bugünkü aktual vəziyyətinə cavab verməməsidir".

Mütəxəssisə görə, Fransanın və ABŞ-ın həmsədrləri olduğu ATƏT-in Minsk Qrupunun fəaliyyəti strateji reallığa cavab vermir: “O səbəbdən Minsk Qrupunun fəaliyyətinə xitam verilməlidir. Artıq beynəlxalq əhəmiyyətli məsələlər Qərbin sərhədlərini aşmalıdır. Məsələn, Rusiya, Türkiyə, İranı götürsək və Çini də əlavə etsək, Avrasiya məkanı yaratmış olarıq. Artıq dünya hegemonluğu uğrunda mübarizə daha ABŞ və Rusiya arasında getmir. Bu gün inkişaf etməkdə olan ölkələr üçüncü bir yol açmaqdadırlar. Ona görə də Azərbaycan ABŞ-ın mütləq sədaqətinə arxalana bilməz. Qarabağ münaqişəsinin həllində vasitəçi olan ölkələrin coğrafi ərazisi genişləndirilərsə, məsələnin tezliklə nizamlanmasına nail olmaq mümkündür”.

*****

İlgili resim

Bu qənaətlə razılaşmamaq mümkünsüzdür. Ən azı ona görə ki, ATƏT-in Minsk Qrupu və onun həmsədrliyi 25 ildə problemin dinc həllində zərrəcə uğura nail ola bilməyib. Bu, çox ciddi, neqativ bir göstəricidir və həmsədrlik institutunun dəyişdirilməsini və ya onun konfliktin həllinə real töhfə verəcək digər ölkələr hesabına yenilənməsini diktə edir.

O sırada Minsk Qrupunun üzvləri olan Türkiyə və Almaniyanın, habelə qonşu İranın nizamlama prosesinə daha fəal cəlb olunması işin yalnız xeyrinə olardı. Almaniya kansleri Angela Merkelin Bakı səfəri zamanı Qarabağ mövzusunda verdiyi açıqlama da göstərdi ki, rəsmi Berlin ixtilafın həllinə töhfə vermək imkanındadır, yetər ki, bunun üçün məqbul şərait olsun, Almaniyanın potensialından istifadə esilsin.

Merkel Bakıya ile ilgili görsel sonucu

Eləcə də qardaş Türkiyə problemin nizamlanmasına ciddi təkan verə bilər. Çünki Azərbaycana mühüm təsir imkanlarına malikdir. Rusiya və İran isə eyni qaydada işğalçı Ermənistana təsir edib onu konstruktiv mövqeyə kökləyə bilər. Son vaxtlar Türkiyə ilə Rusiya arasında ən müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi bu yöndə ümidləri artırır. İstisna deyil ki, günün birində Qarabağ mövzusu Moskva-Ankara gündəliyində ön sıralara çıxsın.

“Azərbaycan Türkiyə-Rusiya yaxınlaşmasında maraqlı olmalı, bu məsələ üçün öz töhfələrini verməlidir. Ermənistan üçün Türkiyə-Rusiya ittifaqı ən xoşagəlməz ssenaridir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidanın ötən həftəsonu Moskvada Rusiya lideri Vladimir Putinlə görüşünə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib.

Hakan Fidan Putin ile ilgili görsel sonucu

“Bu iki ölkə ötən əsrin əvvəlində də yaxınlaşmışdılar. O vaxt hər iki dövlətin Qərblə münasibətləri müharibə səviyyəsində idi. İndi elə olmasa da, Türkiyə ilə Rusiyanın Qərblə münasibətləri gərgindir və daha da gərginləşməyə doğru gedir. Bu da istər-istəməz, Türkiyə ilə Rusiyanı yaxınlaşdırır. Ümumiyyətlə, Türkiyə ilə Rusiyanın çox bağlılığı var. Türkiyənin slavyan, Rusiyanın da türk tarixi var. Türkiyə ilə Rusiya daha səmimi müttəfiqə çevrilsələr, bu təkcə iki dövlət üçün deyil, müsəlman və pravoslav dünyası üçün də önəmli hadisə olacaq. Bunun belə olmamasını istəyən qüvvələr həm Türkiyə, həm də Rusiyanın içində var. Belə qüvvələrdən Qərb əsrlərdir istifadə edib Türkiyə ilə Rusiyanı bir-birinə vuruşdurub. Amma artıq Türkiyədə də, Rusiyada da anlayırlar ki, Qərbin fitnəsinə uyub savaşmaq deyil, dostlaşmaq lazımdır. Ərdoğan və Putin istəsə, bu iki dövlət uzunmüddətli səmimi münasibətlər qura bilər. Bu isə Azərbaycanın da xeyrinədir”, - deyə o vurğulayıb.

Hakan Fidan Putin ile ilgili görsel sonucu

Onun qənaətincə, Türkiyə ilə Rusiya bir yerdə olsa, Azərbaycan üçün tarixi şans yaranır: “Ötən əsrin əvvəlində məhz Türkiyə ilə Rusiyanın yaxınlaşması səbəbindən Qarabağla Naxçıvan Göyçə, Dərələyəz və Zəngəzurun taleyini yaşamadı. Yüz ildən sonra növbəti Türkiyə-Rusiya yaxınlaşması Azərbaycan üçün işğal olunmuş Qarabağı qaytarmaq imkanlarını çoxaldacaq”.

*****

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə işğal altındakı Dağlıq Qarabağa gedib. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, ötən bazar o, işğalçı ölkənin müdafiə naziri David Toniyan, silahlı qüvvələrin baş qərargah rəisi Artak Davtyanla birgə Azərbaycana gəlib. Erməni qaynağının bildirdiyinə görə, separatçı rejimin başçısı Bako Saakyanla keçirilən görüşdə Nikol Paşinyan “Dağlıq Qarabağın müdafiəsinin gücləndirilməsi məsələsini və sərhəddəki vəziyyəti” müzakirə edib.

Göründüyü kimi, düşmən ölkənin yeni rəhbərliyində müharibə xofu qalır və getdikcə artmaqdadır. Xüsusən də Rusiya ilə gərginləşən münasibətlər fonunda güclənən bu xofdan qurtulmağın tək yolu isə İrəvanın Qarabağa dair konstruktiv danışıqlara köklənməsi, maksimalist və absurd tələblərdən imtina eləməsidir. Özü də bunu bacardıqca tez, heç bir seçki bəhanəsi gətirmədən etmək gərəkir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR