“Türkiyə-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb...”
“Türkiyə-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb”. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Ticarət Palataları və Birjalar İttifaqının sədri Rüfət Hisarcıklıoğlu Ankarada “G-20” sammiti çərçivəsində təşkil olunan “Türkiyə-Rusiya” dəyirmi masasında çıxışı zamanı bildirib.
“Türkiyə istifadə elədiyi təbii qazın 60%-ni Rusiyadan alır. Bizim ölkələrimiz yeni energetik dəhlizlərin yaradılması üzərində işləyir. Rusiya Türkiyədə ilk dəfə qurulacaq AES-lər üçün təxminən 20 milyard dollar sərmayə yatıracaq. Bizim ticarət dövriyyəmiz sərbəst ticarət haqda saziş imzalanandan sonra böyüyəcək. Lakin artıq indidən demək olar ki, Türkiyə-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb”, - deyə o qeyd edib.
Hisarcıklıoğlunun sözlərinə görə, Türkiyə biznesi öz məhsulunu Rusiyaya satmaqla yanaşı, həm də orada bu məhsulların istehsalını qurmaq istəyir.
Musavat.com






