Türkiyə Qırğızıstandakı “Manas” aeroportunu yenidən qurmaq istəyir
Türkiyə Qırğızıstandakı “Manas” beynəlxalq hava limanının yenidən qurulmasında iştirak etmək niyyətindədir. Musavat.com xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşdən sonra bəyan edib. O, bildirib ki, Ankara bununla bağlı danışıqlar aparacaq.
Almazbek Atambayev isə bildirib ki, ABŞ hərbçilərinni gedişindən sonra Türkiyənin aeroportun inkişafında iştirakı məsələsi müzakirə edilib.
“Amerika hərbçiləri bu həftə “Manas”ı təre edəcəklər və bundan sonra ora əsl mülki hava limanı olacaq. Aeroporta hansı ölkə gələcək, hələ bilmirik. Amma müttəfiqlərimizdən olan investorların iştirakını alqışlayacağıq və birgə layihələr hazırlayacağıq”, - o, bildirib.






