Qazaxıstanda koronavirusa qarşı tədbirlər çərçivəsində aviareyslərin dayandırılması səbəbindən Türkiyə hökuməti ölkəsinə dönmək istəyən vətəndaşları üçün xüsusi aviareys təşkil edib.
AZƏRTAC Türkiyənin Qazaxıstandakı səfirliyinə istinadla xəbər verir ki, “Türk Hava Yolları” Almatı və Nur-Sultanda olan, ölkəsinə qayıtmaq istəyən 161 Türkiyə vətəndaşının təxliyəsi üçün təyyarə göndərib.
“İndiyədək səfirliyə ölkəyə qayıtmaq üçün müraciət edən bütün vətəndaşlarımıza uçuşlarla bağlı ətraflı məlumat elektron ünvan, “WhatsApp” və SMS vasitəsilə çatdırılıb”, – deyə səfirlikdən bildirilib.






